Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ara oyunu
Azərbaycanda o cümlədən Naxçıvanda oynanılan oyunlardan biri. Ciddi tamaşanın arasında tamaşaçıların gülüb əylənməsi məqsədilə oynanılan qısa, məzəli oyun (bəzən haşiyə oyunu da deyirlər) və ya ayrı-ayrı oyunçular ifa etdikləri zarafatyana deyişməyə verilən ad və ümumiyyətlə el içində “meydan küçə oyunu” anlamında işlənən deyimlərdən biri.Bəzən aralda da deyirlər. == Ədəbiyyat == Elçin Aslanov. El-oba oyunu xalq tamaşası. Bakı, İşıq, 1984, 275 s.
Arkada oyunu
Arkada oyunu — oyun salonlarında oynanılan oyun növlərinə və həmin oyunların oynandığı salon maşınlarına verilən addır. Oyunçu əmtəəlik jetonunu maşına ataraq oyuna başlayır. Oynanış tərzi baxımından hərəkət ön plandadır. Qeyd etmə və təkrar yükləmə variantları yoxdur. Bu cür oyunlar eyni zamanda internet üzərində müxtəlif veb saytlarında da təqdim edilməkdədir. Arkada oyunlar Fleş proqram texnologiyası ilə inkişaf etdirilir. Xüsusi inkişaf çağındakı uşaqlar üçün düşünəbiləcək olan bu cür oyunlar müxtəlif saytlarda tapıla bilər.
Barmaq oyunu
Barmaq oyunu - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyun bəzi bölgələrdə "Sanama", "Barmaq sanadı", bəzi bölgələrdə isə "İynə-İynə" adlandırılsada əsasən "Barmaq oyunu" adlandırılır. == Oyunun qaydaları == Bir neçə uşaq cəm olub sanama yolu ilə usta(başçı, ya molla) seçirlər. Uşaqlar əllərini açıb üzüstə yerə qoyurlar. Sonra usta(başçı, ya molla) aşağıdakı sözləri deyir və hər barmağın üstünə bir heca(kəlmə) ilə işarə edir. Bəzən əlləri yerə qoyandan sonra usta(başçı, ya molla) yuxarıdakı sözlərin əvəzinə aşağıdakı sözləri (sanama) söyləyərlər: Hansı barmağın üzərinə qurtul hecası(kəlməsi) düşsə, o barmaq cərgədən çıxar. Bu iş bütün barmaqların aradan çıxmasına qədər davam edir. Usta(başçı, ya molla) axıra qalmış barmaq sahibinin qulağından tutub deyir: Uşaq qarğa ya quşdan biri istər. Uşağın istədiyi göydən uçana qədər və ya görünənə qədər usta(başçı, ya molla) uşağın qulağını çəkər və yerdə qalan oyunçular isə uduzmuş oyunçunu təqlid edərlər. Usta(başçı, ya molla) quş və qarğa əvəzinə istənilən başqa varlıqların adını qeyd edə bilər.
Bənövşə oyunu
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. == Ümumi məlumat == Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? == Oyunun qaydaları == Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Cıdır oyunu
Cıdır - Azərbaycanda əsasən yaz və payız fəsillərində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlardan biridir. == Oyunun qaydaları == Oyunda üçdən artıq adam iştirak edir. Hər oyunçunun papağı, xüsusi hazırlanmış 1m 40sm uzunluğunda dəyənəyi olmalıdır. Oyunu keçirmək üçün dəyirmi dirək, ağac kötüyü, saplı balta və düz yer seçirlər. Oyunçular əvvəl bir-bir əllərindəki dəyənəyi dirəyə və ya balta sapına vurub sürüşdürərək uzağa atmağa çalışırlar. Dəyənəyi ən geridə qalan oyunçu papağını dirəyin üstünə qoyur və ya balta sapından asır. Ən uzağa düşən dəyənəyin qaldığı yerdə bir cızıq çəkilir və həmin cızıqdan oyunçular dəyənəklərini papağa atırlar. Əvvəlcə papaq sahibi dəyənəyi atır. Əgər oyunçu öz papağını vurarsa, papağını geriyə götürür və oyun əvvəlki qayda ilə yenidən başlanır. Başqa oyunçular papağı vura bilməyəndə oyundan çıxırlar.
Dostluq oyunu
Yoldaşlıq oyunu (bəzən hazırlıq matçı və ya dostluq oyunu) — idmanda, çempionata və ya kuboka aid olmayan rəqabət. Dostluq oyununda iştirakçılar üçün, nəticəsi oyun keyfiyyəti kimi əhəmiyyətli deyil.
Dəyirman oyunu
DƏYİRMAN-qədim uşaq oyunudur. == Oyunun quruluşu == Uşaqlar dairəvi əyləşirlər. Başçı əlində çubuq, başı papaqsız ortada dayanır. Qalan uşaqların başında papaq olur. Başçı çubuğu yerə vurub uşaqları qorxudur. Hamı əl çala-çala deyir: - Tağı-tağı, tağbatağı... Bu sözləri 4-5 dəfə təkrar edəndən sonra başçı sağdan bir uşağın papağını götürüb öz başına qoyur. Papağı götürülən uşaq da yanında olan uşağın papağını götürüb öz başına qoyur. Bu hərəkət dairənin sonuna qədər gedir. Bu minvalla papaqgötürmə 4-5 dəfə dövrə vurur.
Faytinq oyunu
Döyüş oyunları (ing. Fighting - döyüş) - kompüter oyununun janrlarından biridir. İlk döyüş janrında hazırlanan oyun 1979-cu ildə Tim Skelli tərəfindən hazırlanan "Warrior" oyunudur. 1984-cü ildə hazırlanan "Karate Champ" oyunu ilk professioanl döyüş janrında olan oyunlardandır. Bu janrda olan ilk məşhur oyun 1991-ci ildə hazırlanan "Street Fighter II" oyunu sayılır. Ardınca döyüş janrında çoxlu oyunlar hazırlanmış və onlardan ən çox məşhurluq qazanan "Mortal Kombat" oyunu olmuşdur. Döyüş oyunu qəddar janrı ilə seçilir.
Gül oyunu
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. == Oyunun qaydaları == Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
Kompüter oyunu
Kompüter oyunu (ing. computer game) – interaktiv proqram təminatlarının populyar növünə aid olan proqram. Oyunun gedişini klaviatura, coystik və ya başqa qurğu ilə idarə etmək olar. == Tarixi == İlk kompüter oyunlarının ixtirası cəhdi 1940-cı ildə, kompüterdə şahmat alqoritmi tərtibini ingilis riyaziyyatçısı Alan Türinq,proqram yazmaq amerikalı mühəndis Klod Şennon tərəfindən edilmişdir.Amma həmin illərdə bu proqramla işləməyə gücü çatacaq elektron-hesablama maşını, müasir dildə desək, kompüter yox idi.Ona görə də Klod Şennon "Kompüterlər üçün şahmat oyunlarının proqramlaşdırılması" məqaləsini dərc etməklə kifayətlənməli olub. Növbəti addım İngiltərənin Kembric Universitetinin alimi Aleksandr Duqlas tərəfindən atıldı.O,1952-ci ildə kompüter üçün ilk elektron qrafika oyunu yaratdı."OXO" adlanan oyunun çox sadə qaydaları vardı:doqquzxanalı kvadratdakı xanaları oyunçu və kompüter növbə ilə "X" və "O" hərfləri doldururdu.Şaquli,üfüqi və diaqonal istiqamətdə bir sıranı eyni hərflərlə dolduran oyunçu qalib sayılırdı. Nəhayət,1961-ci ildə Stiv Rassel başda olmaqla bir qrup proqramçı "Kosmik müharibə" oyununu yaratdı.Bu,məhdud yanacaq və silah ehtiyatına malik iki ulduz gəmisinin döyüşü idi.Yanacağı və silahı daha tez tükənən tərəf məğlub oldu.Beləliklə,"Kosmik müharibə" kommersiya tipli ilk kompüter oyunu oldu. 1970-ci illərin ortalarında kompüterlər həddən artıq böyük və baha idi.Buna görə də kompüter oyunları maraq doğursa da,uğur gətirmirdi.Bu vəziyyətdən çıxış yolunu Alman əsilli Amerika alimi Ralf Bayer tapdı: o, kompüter oyununu yox, videooyunların yeni tipini və onları televizorun ekranına imkanı verən kiçik, ucuz qurğu ixtira etdi.1971-ci ildə o, "Magnavox Odyssey" qoşma cihazına patent aldı. 1970-ci illərin ikinci yarısında fərdi kompüterlərin istehsalına başlandıqdan sonra video və kompüter oyunları biznesi sürətlə inkişaf etməyə başladı.1983-cü ildə dünya üzrə kompüter oyunları bazarının dövriyyəsi 3,2 milyard dollar təşkil edirdi. 2000-ci illərdə videooyun konsolu ilə mübarizəsində məğlub olmuş olsa belə,Sonralar,müasir dövrdə,yəni 2018-ci ildə kompüter oyun bazar dövriyyəsi 27,7 milyard dollara çatdı. = Kompüter Oyun Növləri = Son illərdə sosial media və internetin inkişafı nəticəsində yeni kompüter oyun növləri:Onlayn oyun,bulud oyun,sosyal şəbəkə oyunları, çox oyunçulu oyunlar meydana gəldi.Bunlarla yanaşı,daha köhnə oyun növləri:macəra,rpg(role playing game),mmorpg(massively multiplayeronline role playing game),fps(first person shooter),tps(third person shooter),rts(real time strategy),tbs(turn based strategy),simülasiya,gizlilik və s.
Kuf oyunu
Ağdaş rayonunun Kürqırağı kəndlərində surmançaq, Cəbrayılda usuncaq, Füzulidə uçuncaq, Qubadlıda kuf, Zəngilanda kuf, kufgelli, Şərikan kəndində yellənküp adı ilə tanınan bu oyun Azərbaycanda vaxtilə çox geniş yayılmışdır. Kuf oyunu Qarabağda Novruz bayramının ayrılmaz bir elementi olmuş, vaxtilə hər ilin axır çərşənbəsində oynanılmışdı. Zəngilan rayonunun eyni adlı kəndində bu oyun axır çərşənbədən başlayıb martın axırlarına qədər davam etmişdi. Ağdaş rayonunda isə bu oyun qız gəlin köçən ərəfədə oynanılmışdı. Oyunun əsas iştirakçıları yetkinlik yaşına çatmış qızlar və oğlanlar idi. Ağdaş rayonunun Pirəzə kəndində bu oyun ya gəlin köçən qızın həyətində, ya da Kür qırağındakı meşəlikdə təşkil olunardı. Kənd sakini Şükufə Məmmədovanın dediyinə görə bacısı qızını gəlin köçürərkən həyətdəki ağaclardan birində yelləncək qurmuş və bacısı qızının yoldaşlarının iştirakı ilə belə bir oyun təşkil etmişdir. Qarabağ zonasında isə ya açıq havada, ya da dam evlərində təşkil olunub. Dam evlərində təşkil olunanda damın bacasından lom, ya ağır dəmir atılar, oradan kəndir asıb yellənilirdi. Açıq havada təşkil olunan zaman qoz, ərik ağaclarının budaqları möhkəm olduğu üçün yelləncək əsasən həmin ağaclardan asılırdı.
Macəra oyunu
Macəra oyunu (ing. Adventure game) — videooyun janrı. Burada oyunçu videooyunun öz mühitindəki obyektlərlə qarşılıqlı əlaqə qurmaq və digər personajlarla söhbət etmək qabiliyyətinə malik protaqonistini idarə edir. Hər hansı bir macəra oyununun əsas elementi ssenarili süjeti inkişaf etdirmək üçün oyunçunun həll etməli olduğu bir sıra tapmacaların olmasıdır. Macəra oyunları fantaziya, elmi fantastika, qorxu, komediya və ya satira da daxil olmaqla geniş mövzuları əhatə edir. Həm macəra oyunu elementlərini, həm də döyüş oyununun elementlərini ehtiva edən videooyunlar da var ki, bunlar döyüş-macəra oyunları adlanır. == Tarixi == Macəra oyunlarının "qızıl dövrü" 1980-ci illərin ortalarından başlamışdır. Növbəti onillikdə böyük videooyun şirkətləri (əsasən Amerikadakı "LucasArts" və "Sierra") əhəmiyyətli kommersiya və bədii uğurları olan çoxsaylı videooyunlar satışa çıxarmışdır. Əsasən Avropa və Kanadadan olan kiçik istehsalçılar indiki dövrdə videooyun bazarının kənarında kiçik, lakin xüsusi auditoriyaya xidmət göstərərək, bu işi öz əllərinə keçirmişlər.
Maral oyunu
Maral oyunu və ya Maraloyunu – maralı təmsil edən bir oyunçunun zurnanın müşayiəti ilə heyvanın hərəkətlərini yamsılamasıdan ibarət kukla oyunu. == Tarixi == Keçmiş toylarda gəlin bəy evinə gətirilən zaman oynanılmışdı. Gəlini atdan düşürdükdən sonra camaat qövsvari şəkildə düzülərdi. Bir tərəfdə gəlin üzündə örpək, digər tərəfdə isə bəy yanında sağdişi, soldişi ilə durardı. Gəlinin qarşısında əvvəl “Maral oyunu” oynanar, sonra "Kilimarası" göstərilərdi. Bu oyunları seyr etdikdən sonra gəlinin ayağı altında qurban kəsilər və o, evə daxil olardı. Müasir dövrümüzdə bu ənənə bəzi bölgələrimizdə yenə də davam etdirilir. Elçin Aslanovun yazdığına görə, Azərbaycanın şimal-qərb rayonları üçün xarakterik olan bu oyun “keyik oyunu” və ya “dəvə oyunu” kimi də tanınmışdır (Aslanov, 134). “Maral oyunu” nakam sevgi motivi üzərində qurulmuşdur. Əfsanələrdən tutmuş dastanlara qədər fərqli janrlarda rast gəlinən bu motivdə iki gəncin məhəbbətindən, lakin sosial, dini fərqlər üzündən bir-birinə qovuşa bilməmələrindən bəhs olunur.
Padşah oyunu
Qarabağda “Padşah oyunu”, Qubadlıda “Şah bəzəmə”, Ordubadda “Xan bəzəmə” adı ilə tanınan bu oyuna Azərbaycanın bir çox bölgələrində rast gəlmək mümkündür. Həmin mərasim bəzi rayonlarda (Qubadlı, Laçın) ilaxır çərşənbədə, Cəbrayılın Sirik kəndində, Ordubad rayonunda isə martın 21-22-si keçirilir. Bəzi yerlərdə bu oyunun keçirilməsi üçün qabaqcadan müəyyən qədər vəsait də yığılır. Qubadlı rayonunun Dəmirçilər kənddə bu oyunu keçirmək üçün vaxtilə pul yığılıb heyvan alınmış, həmin heyvanın ətindən yemək bişirilib həmin gün camaata verilmişdi. Beyləqan rayonunu Günəşli kəndində isə 2014-cü ildə həmin mərasimi keçirmək üçün hər evdən on manat pul yığılmış, həmin vəsait çalğıçıların pulunun ödənilməsinə, onların yeməyinə, mağarın qurulmasına və s. xərclənmişdi. Padşah olacaq şəxs səsvermə ilə müəyyən edilirdi. Məsələn, Laçın rayonunun Sadınlar kəndində səsə qoyular, kim daha çox səs toplasa, onu da padşah seçərdilər. Qubadlı rayonunun Dəmirçilər kəndində isə padşah, onun əyan-əşrəfi yaşlı, sayılıb seçilən adamların arasından seçilirdi. 2009-cu ildə Sumqayıt şəhər stadionunda bu mərasimi keçirən zaman məktəb direktoru Yadigar müəllim şah seçilmiş, kəndin icra nümayəndəsi Şahbaz müəllim də onun vəziri olmuşdu.
Platform oyunu
Platforma oyunu və ya platformer (ing. platformer game, platformer) — əsas məqsədi, oyunçunun (personajın) vizual mühitdə bir nöqtədən o biri nöqtəyə yerdəyişməsi olan video- və ya kompüter oyun janrı və action oyunlarının subjanrı (yarım janrı). Platform oyunlarını çox zaman sadələşmiş şəkildə platformer və ya "hoppan və qaç" kimi də adlandırırlar. Oyun prosesinin əsasını, öz məqsədinə çatmaq üçün səviyyələri keçmək və ya düşmənlər üzərində qələbə çalmaq üçün platformlarda hoppannmaq, pilləkən, nərdivanlara qalxmaq və ya sallanmaq, əşyalar yığmaq, divardan atdanmaq, göydə sıçramaq və ya sürüşmək, toplardan atəş açmaq, tramplin və ya batutda hoppanmaq kimi tələblər təşkil edir. Səviyyələr və ətraf mühit düz olmayan ərazilərə və asılmış platformlar müxtəlif səviyyələrə malik olduğundan personajdan (oyunçudan) onları keçib hərəkət etməsi üçün xsusi qabiliyyətlər tələb edir. Hoppanmaqları, tullanmaqları tam avtomatlaşdırılmışdır. Məsələn, The Legend of Zelda seriyasından olan 3D-oyunları kimi oyunlar bu janrın çərçivəsindən kənara çıxır.
Rol oyunu
Rol videooyunu (abr. RVO, ing. Role-playing video game; adətən rol oyunu adlanır, ing. Role-playing game, abr. RPG) və ya Rol kompüter oyunu (abr. RKO, ing. Computer role-playing game, abr. CRPG) — oyunçunun ətraflı şəkildə hazılanmış bir dünyada bir və ya bir neçə personajın hərəkətlərini idarə etdiyi videooyun janrı. Rol videooyunlarının əksəriyyətinin mənşəyi stolüstü rol oyunlarına əsaslanır və demək olar ki, eyni terminologiyadan, mövzudan və mexanikalardan istifadə edir. Janrın stolüstü rol oyunlarıyla olan digər əsas bənzərliklərinə təkmilləşdirilmiş süjet elementləri, oynanıla bilən personajın inkişaf edilməsi, mürəkkəbliyi, eləcə də yenidən oynanıla bilərliyi və daldırıcı xarakteristikası daxildir.
Sancaqbəyi oyunu
Sancaqbəyi oyunu, 15 fevral 2014-cü ildə Hoguma tərəfindən Türkiyədə satışa təqdim edilmiş masaüstü kart oyunu. 2 və ya 6 nəfər arasında oynanıla bilən oyunda türk müharibə tarixi və Anadolu mifologiyası əsas diqqət mərkəzindədir. Oyundakı məkan, əşyalar və personajların hamısı real dünyadan və türk əfsanələrindən seçilmişdir. Sancaqbəyi, iki oyunçu üçün nəzərdə tutulmuş kollektiv kart oyunudur. Hər iki oyunçu da oyuna Sancaqbəyi rütbəsi ilə başlayır. Məqsəd rəqibdən əvvəl iki bayraq tuğunu başa çatdırmaq və oyunu Bəylərbəyi rütbəsi ilə bitirməkdir. Bu müddətdə rəqibin Tuğları tamamlamasının qarşısını almaq, güclü bir müdafiə ilə minimum itkilər vermək oyunun əsasıdır. == Kart növləri == Oyunda 6 növ kart vardır. Hər kartın xüsusiyyətləri mövcuddur və oyunda öz təsiri var. Tug (Römorkör, Düym), Cengaver (Cəngavər), Asker (Əsgər), Ganimet (Qənimət), Olgu (Fenomen) və Bilgelik (Hikmət).
Simulyasiya oyunu
Simulyasiya videooyunu — adətən real hadisələri yaxından simulyasiya etmək üçün nəzərdə tutulmuş videooyunlar. Simulyasiya oyunları təhsil, təhlil və ya proqnozlaşdırma kimi müxtəlif məqsədlər üçün oyun şəklində real həyatdan müxtəlif fəaliyyətləri təkrarlamağa çalışır. Adətən oyunda dəqiq müəyyən edilmiş məqsədlər yoxdur, burada oyunçuya personaj və ya mühiti sərbəst idarə etməyə imkan verilir. Tanınmış nümunələr müharibə oyunları, iş oyunları və rol simulyasiyalarıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == BALDRIC, Clark (2009): The Complete Guide to Simulations & Serious Games, John Wiley & Sons BANKS, Jerry (ed.) (1998): Handbook of Simulation, John Wiley & Sons BAUDRILLARD, Jean (1995): Simulacra and Simulation, University of Michigan Press; 17th Printing edition (February 15, 1995) BOX, George E. P.; DRAPER, Norman R. (1987). Empirical Model-Building and Response Surfaces, p. 424, Wiley. ISBN 0-471-81033-9. FERNANDEZ-LIQUIDIZER, Maria Angeles, MUNOZ-TORRES, Maria Jesus, LEON, Raul (Eds.)(2013): Modeling and Simulation in Engineering, Economics and Management, in: Proceedings of the International Conference, MS 2013, Castellated DE la Plans, Spain, June 6–7, 2013, Sp-ringer Heidelberg Rerecord London New York.
Strategiya oyunu
Strategiya oyunu (məsələn, videooyun və ya Stolüstü oyunlar), qətiyyətli olmağı tələb edən bir oyundur, belə oyunlarda oyunçuların xüsusi taktikaları vacibdir. Bütün strategiya oyunları fərqli düşüncə tərzlərini və adətən situasiyanı düzgün qiymətləndirmək şüurunu tələb edir.
Taxtların oyunu
Taxt-tac oyunları (ing. Game of Thrones) — Amerika istehsalı olan fentezi və dram janrlı teleserialdır. Serial ABŞ-də 2011-ci ildə HBO kanalında nümayişə başladı. Başladığı vaxtdan etibarən qısa vaxtda böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başladı. Bu serial Corc R. R. Martinin fantastik əsəri olan "Buz və Alovun Nəğməsi"nin motivləri əsasında hazırlanıb. == Məzmun == Yazları onlarla il, qışları isə bir ömür boyu davam etdiyi bir diyar. Köklərini bura salan Starkların qəsri "Qıştəpəsinin" şimalında "Yeddi Krallığı" qoruyan "Surun" arxasındadır. Şübhəli ölümdən sonra kralı və dostunun köməyi ilə səltənətin başına keçən Eddard Stark cənuba çağırılır. Lakin o, bunun arxasındakılardan xəbərsizdir. Eddard özünü onun Dəmir Taxtına yiyələnmək istəyənlərin dəhşətli hiylələri arasında olduğunu hiss edir.
Yoldaşlıq oyunu
Yoldaşlıq oyunu (bəzən hazırlıq matçı və ya dostluq oyunu) — idmanda, çempionata və ya kuboka aid olmayan rəqabət. Dostluq oyununda iştirakçılar üçün, nəticəsi oyun keyfiyyəti kimi əhəmiyyətli deyil.
Platforma oyunu
Platforma oyunu və ya platformer (ing. platformer game, platformer) — əsas məqsədi, oyunçunun (personajın) vizual mühitdə bir nöqtədən o biri nöqtəyə yerdəyişməsi olan video- və ya kompüter oyun janrı və action oyunlarının subjanrı (yarım janrı). Platform oyunlarını çox zaman sadələşmiş şəkildə platformer və ya "hoppan və qaç" kimi də adlandırırlar. Oyun prosesinin əsasını, öz məqsədinə çatmaq üçün səviyyələri keçmək və ya düşmənlər üzərində qələbə çalmaq üçün platformlarda hoppannmaq, pilləkən, nərdivanlara qalxmaq və ya sallanmaq, əşyalar yığmaq, divardan atdanmaq, göydə sıçramaq və ya sürüşmək, toplardan atəş açmaq, tramplin və ya batutda hoppanmaq kimi tələblər təşkil edir. Səviyyələr və ətraf mühit düz olmayan ərazilərə və asılmış platformlar müxtəlif səviyyələrə malik olduğundan personajdan (oyunçudan) onları keçib hərəkət etməsi üçün xsusi qabiliyyətlər tələb edir. Hoppanmaqları, tullanmaqları tam avtomatlaşdırılmışdır. Məsələn, The Legend of Zelda seriyasından olan 3D-oyunları kimi oyunlar bu janrın çərçivəsindən kənara çıxır.
İmitasiya oyunu
İmitasiya Oyunu (ing. The Imitation Game) — 2014-cü ildə rejissor Morten Tildumun Qrehem Murun Endryu Hudcsun "Alan Türinq:Eniqma" bioqrafik əsəri (əsər daha əvvəl BBC tərəfindən "Kodun sındırılması" tamaşası üçün adaptasiya edilmişdir) əsasında yazdığı ssenariyə uyğun olaraq çəkdiyi tarixi triller janrında olan ABŞ filmi. Filmdə aktyor Benedikt Kamberbetç İkinci Dünya müharibəsi zamanı alman hökumət və ordu başçılarının gizli yazışmalarını anlamaq üçün Eniqma maşınını sındırmağa çalışan Britaniya kriptoanalitiki Alan Türinq obrazını canlandırmışdır. Filmin ssenarisi 2011-ci ildə ekranlaşdırılmamış ən yaxşı Hollivud ssenarilərinin ənənəvi Qara siyahısına salınmışdır. "The Weinstein Company" 2014-cü ilin fevralında Avropa Film Bazarında filmi əldə etmək üçün $7 milyon ödəmişdir ki, bu da ABŞ distribütorluğu üçün ödənən ən böyük məbləğdir. Film Birləşmiş Krallıq kinoteatrlarında 14 noyabr, ABŞ-də isə 28 noyabrda təqdim edilmişdir. İmitasiya oyunu həm gəlir, həm də tənqidçilərin mövqeyi baxımından uğur qazanmışdır. $14 milyon istehsal büdcəsi olan film 2015-ci ilin aprelinə kimi ümumilikdə $219 milyon gəlirlə 2014-cü ilin ən çox gəlirli müstəqil filmi olmuşdur. 87-ci Oskar mükafatlarının təqdim edilməsi mərasimində film Ən Yaxşı film, Ən Yaxşı Rejissor (Tildum), Ən Yaxşı Aktyor (Kamberbetç), İkinci dərəcəli rolda Ən Yaxşı Aktrisa (Kira Naytli) kateqoriyaları da daxil olmaqla ümumilikdə səkkiz kateqoriyada mükafata namizəd göstərilmişdir. Film Ən Yaxşı Adaptasiya edilmiş Ssenari nominasiyasında Oskara layiq görülmüşdür.
Kişmiş oyunu
Qalaqapı və ya kişmiş oyunu — Azərbaycanda tarixən oynanılan stolüstü oyun. Qo ilə oxşardır. Qalaqapı oyunu ağ və qara rənglərdə kişmiş ilə oynanılır. Oyun qara daşlar ilə oynayan oyunçunun addımı ilə başlayır. Nəticədə oyun lövhəsindəki qara daşlar qəlbə yaxınlıq və səmimiyyət simvolu olaraq oyunçunun ürəyinə doğru yerləşdirilir. Ağ daşlar ilə oynayan oyunçuya əvvəlcədən bir neçə qara daşın verilməsi oyunçuları tarazlaşdırır.Qalaqapı oyununda güclü tərəf zəif tərəfə "dədəboyu" (hərf. şans) verir. "Dədəboyu" kəsişmələrində 9-a qədər qara daş düzülə bilər. Hərəkətlər "dov" (hərf. qazanmaq) adlanır, yəni oyunçular növbə ilə bir-birinə hücum edir və güclərini artırırlar. Oyunçu qadağan olunmuş hərəkətlər edən zaman digər oyunçu "kov deyil" (hərf. hesab olunmur) deyir və daşı başqa kəsişməyə qoymağı təklif edir. Oyunda baş verən hər hansı bir vəziyyətin təkrarlanması da "kov deyil" qaydasına tabedir.
Aksiya rol oyunu
Döyüş rol oyunu, Ekşen rol oyunu (ing. Action role-playing game, Action RPG, Action-RPG) və ya ARPO (ing. ARPG) — rol-pleyinq və aksiya elementlərinin birləşdiyi rol videooyunu altjanrı. Belə oyunlar növbə-əsaslı və menyu-əsaslı döyüş yerinə, gerçək-zamanlı döyüşə vurğulanırlar. Başqa bir sözlə, ənənəvi rol oyunlarında oyunçunun döyüş vəziyyətində müvəffəqiyyətli olması onun idarə etdiyi personajın şəxsi xüsusiyyətlərindən asılıdır, döyüş rol oyunlarında isə bu, oyunçunun öz təcrübəsi və sürətindən də asılı olur. Bu cür oyunlar adətən hack and slash və atıcı oyunlarına bənzər bir döyüş sistemindən istifadə edirlər. Üslub baxımından, altjanr hack and slash oyunlarını xatırladır, fəqət bu oyunlar süjet xəttinə və personajlara daha çox diqqət yetirir. Hack and slash oyunlarında oyunçu əsasən tək bir personajı idarə edir və bütün vurğu döyüş sistemində olur, döyüş rol oyunlarında isə çoxlu dialoq olur. Döyüş rol oyunları RPG mexanikaları və tapşırıq sistemi olan döyüş-macəra oyunları və ya gerçək-zamanlı döyüş sistemindən istifadə edən kütləvi çoxnəfərli rol-pleyinq oyunları ("MMORPG"lər) ilə səhv salına bilərlər.
Qısa qapanma
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkə­lər­də fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qa­panma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da fa­za ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzol­ya­siyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izol­ya­siyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.
Udlaq
Udlaq — yun. Pharinx həzm kanalının ikinci hissəsini təşkil edərək burun, ağız boşluqları ilə qırtlağın arxasında, kəllə əsasının altında, onurğanın boyun hissəsinin ön səthində yerləşmişdir. Aşağıda VI–VII fəqərə cisimləri arasında qida borusuna keçir. Uzunluğu 12–15 sm və eni yuxarıda 4,5 sm-ə bərabərdir. Vəzifəsi qidanı ağız boşluğundan qida borusuna və havanı burun boşluğundan qırtlağa keçirməkdir. Burada həzm kanalı ilə tənəffüs yolları çarpazlaşır. Udlağın dal və iki yan divarı vardır. == Mənbələr == Prof.
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
Qısa qapanma (albom)
Qısa qapanma — Qaraqanın 2009-cu ildə çıxan albomu.
Dil-udlaq siniri
IX cüt kəllə (Dil-udlaq) siniri qarışıq sinirdir, tərkibində hərəki, hissi, dadbilmə və sekretor liflər vardır. Hərəki lifləri biz udlaq əzələsini innervasiya edərək udlağı qaldırır. Nüvəsi nn.amiguus - X sinirlə müştərəkdir, uzunsov beynin orta hissəsində yerləşir. Periferik motoneyronların aksonları zeytun və beyinciyin aşağı ayaqcığı arasında beyin əsasına keçərək vidaci dəliyindən kəllə sümüyündən çıxır. Mərkəzi hərəki neyronlar ön mərkəzi qırışın aşağı hissəsində yerləşir, aksonlan tr.corticonuclearis tərkibində daxili kapsulanın dizindən keçərək, beyin sütunu əsasında aşağı enir və uzunsov beyində hər iki tərəfın nüvələrində qurtarır. Bu sinirin hissi liflərinin I neyronu vidaci dəliyinin ətrafında yerləşən ganglion jugularae superius və ganglion jugularae inferiusdan başlayır. Bu düyünlərdən çıxan dendritlər dilin arxa 1/3 nissəsini, yumşaq damağı, əsnəyi, udlağı, qırtlaq qapağını, qulaq keçəcəyini, təbil boşluğunu innervasiya edir. Aşağı düyündən ayrılan liflərin bir hissəsi dilin arxadan 1/3-də dadbilmə məməciklərində qurtarır. Hüceyrələrin aksonlan uzunsov beyinə daxil olaraq dadbilmə nüvəsində (nuc.solitarii) və hissi nüvədə (nuc.alae cinereae) qurtarır. Hər iki nüvənin aksonları, (II neyron) əks tərəfə keçərək daxili ilgəyə qoşulur və görmə qabarının yan nüvəsində qurtarır.
Gazania
Hazaniya (lat. Gazania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Hazaniya orta qurşaq şəraitində birillik bitki kimi becərilən çoxillik ot bitkisidir. Hündürlüyü 40 sm-ə çatan budaqlı,sallaq,boz-yaşıl yarpaqlı və uzun çiçək saplağında yerləşən iri hamaşçiçəkləri (diametri 8 sm-ə qədər) olan bitkidir.Qılçıq gülləri növündən asılı olaraq qırmızı,narıncı və ya ağ rəngli olur.Boruşəkilli gülləri qara rəngdədir.Növ və hibridlər hündürlüyünə,hamaşçiçəyin ölçüsünə,qılçıq güllərin miqdarına və rənginə görə bir-birindən fərqlənir.Hazaniya bitkisi toxumla çoxaldılır.Solmuş bitkiləri qopartmaq lazımdır.Hazaniya qayalıq sahələrdə yaxşı bitir.Əgər payızda bitkini çıxarıb dibçəyə köçürsək,yazda çiçəkləmə müşahidə ediləcəkdir. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Qoyun yunu
Yun — bəzi məməli heyvanların dərisinin üstünü örtən və heyvandan (adətən qoyun, dəvə və s.) qırxılan tüklər. == Ümumi məlumat == Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək xammal hesab edilmişdir. Bunun üçün insanlar ən çox qoyun yunundan istifadə etmişlər. Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə qırxılır. Qırxın dövrü iqlim şəraitilə əlaqədardır. Qırxına aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxın yaz və payızda aparılır. Qırxını çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxın qırxlıq aləti vasitəsilə aparılır.
Kazarma
Kazarma və ya Qışla, hərbçilər, hərbi heyət, hərbi təşkilat və hərbi hissə üçün inşa edilmiş bir bina və ya bina qrupudur. Söz ayrı-ayrı bloklara və ya bütün komplekslərə tətbiq oluna bilər. Cəm forması ümumiyyətlə tək bir quruluşa aiddir və konstruksiyada tək ola bilər. Kazarmanın əsas məqsədi əsgərləri mülki əhalidən ayırmaq və nizam-intizamı və təhsili gücləndirməkdir. Onlara “əsgərlər üçün intizam zavodları” deyilirdi. Sənaye fabrikləri kimi bəziləri, məsələn Dublindəki Collins kazarması və Paris, Berlin, Madrid, Vyana və ya Londondakı kimi möhtəşəm memarlığı ilə tanınmasına baxmayaraq, bəzilərinin kölgəli və ya donuq binalar olduğu düşünülür. Türkiyədə ilk kazarma olan Səlimiyə kazarması İstanbulun Üsküdar regionunda III Səlim tərəfindən 1828-ci ildə Nizâm-ı Cedîd əsgərləri üçün tikilmişdir. == Tarixi == Qədim Roma İmperiyasının pretorianları kimi erkən kazarmalar, elit qüvvələri qorumaq üçün inşa edilmişdi. Vercovicium və Vindolanda kimi sərhəd qalalarında Roma ordusu kazarmasının bir neçə qalığı vardır. Bu və müasir Roma mənbələrindən əldə edilmiş məlumatlardan aydın olur ki, bir hərbi düşərgədəki həyatın təməlləri min illərdir sabit qalmışdır.
Lazanya
Lazanya (it. lasagne) — İtaliyada ən məşhur yeməklərdən biri olan lazanya. Makaron, tərəvəzlər və döyülmüş ətdən hazırlanan İtalyan zapekankası. == Mənşəyi == Lazanyanın mənşəyi orta əsrlər dövrü İtaliyadan gəlir və onun ənənəvi olaraq Neapol şəhərinə aid olduğuna inanılır. XIV əsrdən olan Liber de Coquina (lat. Aşpazlıq kitabı) adlı mənbə onun ən erkən reseptinin yazısını saxlayır. Bu reseptin ənənəvi lazanya ilə oxşarlığı böyük deyil. Fermentləşmiş xəmirdən nazik təbəqələr (lazanya) hazırlanıb, qaynadılırdı və üstünə pendirnən ədviyyatlar səpilirdi. Bu xörək balaca sancılan çubuqnan yeməli idi.Neapolun ənənəvi lazanya di karnevale (it. lasagne di carnevale) adlı xörək yerli kolbasa, balaca qovurmuş ət topları, bərk qaynadılmış yuçurtalar, rikotta və motsarella pendirləri və Neapol raqusudan (ət sousu) olan qatlardan ibarətdir.
Qalanta
Qаlаntа (slovak. Galanta, alm. Gallandau‎, mac. Galánta) — Slovakiyanın cənub-qərbində şəhər. Əhalisi 16 min nəfərdir. === Əhali === (2001)-ci ilə əsasən əhalinin etnik müxtəlifliyi: Slovaklar: 60,4% Macarlar: 36,8% Qaraçılar: 1,1% Çexlər: 0,7%Əhalinin konfessional müxtəlifliyi: roma-katolikləri: 67,1% ateistlər: 20,1% evangelik kilsəsi: 6,3% öz dinini təsdiqləməyənlər: 3,5% == Partnyor şəhərlər == Slovakiya Liptovski Mikulaş, (2006-cı ildən) Çexiya Mikulov, (2003) Serbiya cz:Bečej, Srbsko (od roku 2001) İtaliya en:Albignasego, (2007) Macarıstan Slovenski Komloş, (1996) Macarıstan Keçkemet, (1998) Macarıstan Paks, (1998)Neformal partnyor şəhərlər: Avstriya de:Stockerau Macarıstan DyörKeçmiş partnyor şəhərlər: Çexiya Pardubice Çexiya Yihlava Rusiya Petrovsk Almaniya de:Lutherstadt Wittenberg Macarıstan sk:Stoličný Belehrad == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Luftaufnahmen des Schlosses Oficiálna webová stránka mesta Letecká fotografia centra mesta Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine Pamätná tabuľa plk.
Qanaxma
Qanaxma — hər hansı travma zamanı qan damarlarının zədələnməsidir. Qan bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır. == Qanaxmanın növləri == Arterial Venoz Kapilyar === Kapilyar qanaxmalar === Bu qanaxmalar qan dövranı sisteminin üst təbəqəsi zədələndiyi halda baş verir. Bu halda qan yavaş axaraq yaranı nazik qatla örtür. === Venoz qanaxmalar === Bu zaman işlənmiş qanı orqanlardan ürəyə daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olmayan belə qan tünd qırmızı rəngdə, yapışqan və qatı olur. Bu zaman qan eyni həcmdə olmaqla yavaş axır. Əlamətlər: Qan yaradan sakit axır. Qan tünd-qırmızı rəngli olur. Kapilyar qanaxmada yara qan verir və axan qan tez laxtalaşır.
Qaynama
Qaynama — mayenin bütün həcmində buxar əmələgəlmə hadisəsi. Qaynama zamanı doymuş buxarla dolu olan qabarcıqlar hidrostatik və atmosfer təzyiqlərinə üstün gələrək mayenin səthinə çıxıb dağılır və həmin buxarı fəzaya buraxır. Qaynama temperaturu mayenin növündən və xarici təzyiqdən asılıdır. Məsələn, su 1 atmosfer təzyiqində 100°C-də qaynadığı halda 15,5 amosfer təzyiqdə 200°C-də qaynayır. Xarici təzyiq sabit olduqda qaynama zamanı mayenin temperaturu dəyişmir və ona verilən istilik miqdarı tamamilə buxar əmələ gəlməsinə sərf olunur. Həmin təzyiq artdıqca qaynama temperaturu da artır (əksi də doğrudur) və onun ən böyük qiyməti böhran temperaturuna bərabər olur. Saf maye öz qaynama temperaturundan yuxarı temperaturlara qədər qızdırıla bilir və bu zaman qaynama baş vermir. Belə maye ifrat qızmış maye adlanır. Bu hal metastabildir. Həmin mayeni tərpətdikdə və ya ona başqa qatışıqlar əlavə etdikdə qaynama dərhal başlayır.
Qazamat
Qazamat — artilleriya atəşindən müdafiə olunmaq məqsədi ilə inşa edilmiş olan qaladır. Haubitsa atışlarından və düşmən aviasiyasının atdığı bombalardan qorunmaq məqsədilə yerin altında qazılmış xəndəkdir. Qazamat sözünün İtalyan dilindəki casamatta sözündən gəldiyi düşünülsə də, mənşəyi dəqiq bilinmir.
Qazançı
AzərbaycandaQazançı (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Culfa) — Azərbaycan Respublikasının Culfa rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.ErmənistandaQazançı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qazançı (Ağbaba) — Ermənistan Respublikasının Ağbaba mahalında kənd.DigərQazançı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda dağ.
Qazaxca
Qazax dili (qaz. Qazaq tılı, قازاق ءتىلى) — türk dilləri ailəsinin qıpçaq qoluna aid dil, Qazaxıstan Respublikasının rəsmi dili və qazax xalqının doğma dili. Quruluş və tələffüz baxımından qaraqalpaq, noqay, və qırğız dillərini qazaxcaya ən yaxın olan türk dilləri olaraq hesab etmək olar. == Yayılma arealı == Əsasən Qazaxıstan ərazisində, Monqolustanın qərbindəki Bayan-Ölgii aymağında (qazaxca "Bayölke", yəni "Bayölkə / Bəyölkə; varlı, bərəkətli diyar" deməkdir) və az sayda digər aymaqlarda, qismən olaraq Rusiyanın qazaxlar yaşayan bəzi sərhədyanı bölgələrində (Həştərxan vilayəti, Orenburq vilayəti, Altay Respublikasının cənubundakı Koş-Aqaç / Koş-Aqaş (yəni "Qoşaağac") rayonunda), Çinin qərbindəki Şincan Uyğur Muxtar əyalətinin şimalındakı Yili / İli Qazax Muxtar dairəsində (xüsusilə onun Taçenq / Tarbağatay və Altay dairələrində), Hami / Qumul dairəsinin Balıkun / Barköl Qazax Muxtar rayonu, Çanqji (uyğurca "Sanci", lakin böyük ehtimalla təmiz çincə toponimdir) Hui Muxtar dairəsinin Mulei / Mori Qazax Muxtar dairəsində, və həmçinin Qansu əyalətinin Ciutsuan şəhəri / Sucau bölgəsinə bağlı Akesai / Aqsay (yəni "Ağçay") Qazax Muxtar dairəsində geniş yayılmışdır.
Uşaq oyunu (film, 1988)
Uşaq oyunu (ing. Child's Play) — 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin premyerası 9 noyabr 1988-ci ildə olmuşdur. == Məzmun == 9 noyabr 1988-ci il. ABŞ-nin Çikaqo ştatında Çarlz Li Rey adlı qorxulu qatil Mayk Norris adlı detektiv polisə atəş açır. Atəş açılanda Li Rey oyuncaq dükanına girməyi bacarır. Rey Vudu dininnə inanır. Bu səbəbdən oyuncaq dükanına girdikdən sonra Rey ruhunu "a good guy" adlı oyuncaqların birinə verir. Onun ruhu oyuncaqda qalır. Ruhunun oyuncaqdan çıxması üçün təkrar canlı qurban axtarmalıdır.
Uşaq oyunu (film seriyası)
Uşaq oyunu (filmin seriyaları) — filmin seriyalarını ehtiva edir. Orijinal film qatil Çarlz Li Rey vudu sehrindən istifadə edərək oyuncağa daxil olur və insanları öldürməyə başlayır. Filmin əsasında bir çox kitablar, komikslər, oyuncaq və s. hazırlanmışdır.
Uşaq oyunu (filmin seriyaları)
Uşaq oyunu (filmin seriyaları) — filmin seriyalarını ehtiva edir. Orijinal film qatil Çarlz Li Rey vudu sehrindən istifadə edərək oyuncağa daxil olur və insanları öldürməyə başlayır. Filmin əsasında bir çox kitablar, komikslər, oyuncaq və s. hazırlanmışdır.
Qoyun ölümü döyüşü
Qoyunölümü keçidi döyüşü - 1500-cü ildə Qızılbaşlar və Şirvanşahlar arasında baş vermiş döyüş. Mənbələrin verdiyi məlumata görə, Şeyx İsmayıl Qara Piri bəy Qacarı 2000 nəfərlik qoşunla Kür üzərindən körpü salmaq üçün göndərsə də, Şirvanşah Fərrux Yasar həmin ərazidə 3000 nəfərlik qoşun yerləşdirdiyi üçün Qızılbaşların cəhdi baş tutmadı. Mənbələrin verdiyi məlumata görə bölgəyə özünü yetirən İsmayıl "Həzrət-i Pərvərdigarın pak zatına təvəkkül edərək, özünü nüsrət dəstgahlı ordu ilə birlikdə həmin sonsuz dəryaya vurub çayı keçdi, həmçinin zəfər pənahlı ordudan heç kimi çay aparmadı." Çayı keçən qızılbaşlar Şirvanşah ordusunu darmadağın etdilər.
Şənbi-Qazan döyüşü
Şənbi-Qazan döyüşü — 1410-cu ildə Təbriz yaxınlığında baş verən ikinci Şənbi-Qazan döyüşündə Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşunları Cəlairilər dövlətinin başçısı Sultan Əhmədin ordusunu məğlub edib. Bu döyüşdən sonra Cəlairilər dövlətinin (Cənubi Azərbaycan 1359–1410-cu illərdə bu dövlətin tərkibində olub) mövcudluğuna son qoyulub. Bölgədə siyasi arenaya yeni Azərbaycan-türk dövləti — Qaraqoyunlu dövləti (1410–1468) çıxıb. == Arxa planı == Teymuriləri məğlub etdikdən sonra Qara Yusif 1409-cu ilin yayını Aladağda keçirmişdi. Payızın əvvəllərində isə Təbrizə qayıdaraq Pir-Ömər və İlyasi Dögərin rəhbərliyi altında Şəkiyə ordu göndərmiş və Şəki hakimi Seyid Əhmədi məğlub edərək Təbrizə qayıtmışdı. Həmin ilin dekabr ayının 10-da Sultan Əhmədöz elçisini Təbrizə Qara Yusifin sarayına göndərərək, Həmədan ərazisinin ona verilməsini tələb edir, lakin Qara Yusif köhnə dostunun istəyini rədd edir və elçisini geri göndərir. Qara Yusifin bu addımı Sultan Əhmədi hiddətləndirir və onun Şeyx Həsəni məğlub etmək üçün Ərzincana getdiyindən xəbər tutub, may ayının 17-də Təbriz üzərinə yürüş edir. Yürüş zamanı Həmədan ətrafı kürd tayfalarını da öz tərəfinə çəkir. Qara Yusifin böyük oğlu Şah Məhəmmədin Xoyda olmasından istifadə edərək 29 iyulda Təbrizə daxil olur. Təbriz əhalisi onu böyük bir coşqu ilə qarşlayırlar.
Mazama
Mazama (lat. Mazama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Qayana
Qayana (ing. Guyana) və ya rəsmi adı ilə Qayana Kooperativ Respublikası (ing. Co-operative Republic of Guyana) – Cənubi Amerika dövlət. Qayana Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Venesuela, cənub-qərb və cənubda Braziliya, şərqdə Surinamla həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Corctaun şəhəri, ümumi sahəsi 214,970 kvadrat kilometrdir. == Adın etimologiyası == Yerli hindu dilində Qayana "çoxlu sular ölkəsi" deməkdir. == Tarix == Ərazisi XV əsrdə ispanlar tərəfindən kəşf edilmişdir. XVI əsrin əvvəllərindən ispan, sonradan isə ingilis müstəmləkəçilərinin diqqəti Cənubi Amerikanın şimal hissəsinin geniş torpaqlarına yönəlmişdi.
Qazaka
Qazaka — Azərbaycanın ən qədim şəhərlərindən biri, Atropatena hökmdarlarının yay iqamətgahı, Atropatena dövlətinin paytaxtı, Azərbaycanda, eləcə də bütün Şərq zərdüştiliyin əsas ibadətgahlarından, böyük mədəniyyət mərkəzlərindən biri, zəngin şəhər olmuşdur. == Etimologiyası == Şəhərin adı qədim yunan dilli mənbələrdə Qazaka kimi qeyd edilir. Qazaka ərəb işğalları dövründən etibarən mənbələrdə Cənzə və ya Şiz adlandrılır. "Şiz" və ya "şiçikan" sözünə pəhləvi dilli mənbələrdə tez-tez rast gəlmək olur. Pəhləvi dilində bu söz xəzinə və yaxud ləl-cəvahirat saxlanan yer anlamında işlədilirdi. Erməni dilli mənbələrdə "Qandzak" və ya "Kandzak" formasında verilmiş bu ad ərəblərdə "Cənzə", farslarda isə Gəncə formasında işlədilmişdir. Məhz buna dayanan İran alimləri şəhərin adını fars dilləri vasitəsiylə izah etməyə çalışırlar.Qiyasəddin Qeybullayevin saklar haqqındakı araşdırmaları zamanı bəlli olmuşdur ki, həm Qazaka (Gəncək), həm də Şimali Azərbaycandakı Gəncə şəhəri sakların məskunlaşdığı ərazidə yaranıb formalaşmış, hətta Şimali Azərbaycandakı Gəncə şəhəri uzun müddət Sak çarlığının siyasi mərkəzi – paytaxtı olmuşdur. Həmçinin Orta Asiyada da sakların məskunlaşdığı yerdə Gəncə sözü ilə bağlı bir neçə toponim, oronim və etnonim olmuş, onlardan bəziləri günümüzə qədər çatmışdır. Q.Qeybullayev Şimali Azərbaycandakı Gəncə və Cənubi Azərbaycandakı Gəncək şəhərlərinin adının sakların ən böyük tayfalarından biri olan gəncəklərinadı ilə bağlı olduğunu isbat etmişdir. == Tarixi == Qazaka şəhəri Atropatena dövlətinin paytaxtı olmuşdur.
Uzanma
Uzanma – (rus. простирание, ing. strike) layın /tə­bəqənin, damarın, qatın, qırılma müstəvisinin və s./ üzərində üfqi xəttin meridiana nisbətən istiqa­məti, dağ kompası ilə müəyyən edilir. Düşmə ilə birlikdə geoloji kütlələrin və struktur səthlərin yatım elementini təşkil edir.
I Şənbi Qazan döyüşü
Naxçıvan döyüşü — 1406-cı ildə Qaraqoyunlu hökmdarı Qara Yusiflə, Teymurilərin Təbriz hakimi Əbu Bəkr mirzə arasında Naxçıvan yaxınlığında baş vermiş döyüş. == Tarixi == 1405-ci ildə Qara Yusif Suriyanı tərk etdi və Mardinə ordan da Mosula getdi. Ardınca Bitlisə yolan düşdü. Qara Yusifin həbsdən azad olduğunu bilən kimi bütün keçmiş tərəfdarları və qoşunu ətrafında yığılmağa başladılar. Şərqi Anadolunu tabe edən Qara Yusif həbsdə olarkən Sultan Əhmədlə andlaşmasına uyğun olaraq Azərbaycana üz tutmağa hazırlaşırdı.1406-cı ilin iyununda Sultan Əhməd və Qara Yusif Bağdadı ələ keçirdilər. 1406-cı ilin sonunda Təbrizə yaxınlaşdılar. Şirvanşah İbrahim Sultan Əhmədin İraqdan Azərbaycana yürüşünü qanuni hökmdarın dönüşü kimi qəbul etdi. I İbrahimə müvəqqəti sığınan Azərbaycan əmirləri Qara Yusifin tərəfinə keçdilər.Qara Yusifi qarşılamaq üçün Əbu Bəkr 23 avqust 1406-cı Təbriz gəldi. Şənbi Qazanda dayandıqdan sonra Naxçıvana yola düşdü. Əmirlərlə keçirilmiş müşavirə əsasında Qaraqoyunlularla döyüşə qərar verildi.
Qazan
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı.İran kəndləriQazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — == Qazan (Qab) == Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Qazma
Qazma — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin məşğuliyyətləri — Fındıq, Qoz, Qarğıdalı yığımı, maldarlıq, arıçılıq, Tütünçülük (son illərdə az sayda). == Tanınmışlar == Elnur Qebedov Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı. == Təhsil == Qazma 1 saylı kənd tam orta məktəbi — Məktəbdə 1–11 siniflərdə olmaqla 400-ə yaxın şagird təhsil alır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.